Komitə sədri: “Qadınların əməkhaqqı aşağı olmalı deyil, baryerlər aradan qaldırılmalıdır”

“Azərbaycan sahibkarları arasında qadınlar təxminən 20 faiz təşkil edirlər. Amma Azərbaycan Sahibkarlar Assosiasiyası yarananda bu say dəfələrlə az olub. Bu sahəni inkişaf etdirmək üçün əsas yük qadınların çiyninə düşür, amma bir şərtlə ki, kişilərlə bir yolda çiyin-çiyinə getsinlər”.
Avtosfer.az xəbər verir ki, bu sözləri “Üfüqdə yeni fürsətlər: Qadın sahibkarlara yaşıl işıq” adlı V Forumda çıxış edən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. Deputat qadınların iqtisadi hüquqlarının artacağını və məişət zorakılığının azalacağını arzuladığını deyib:
“Bəlkə də, orta məktəbdən sahibkarlıq təşəbbüslərini onlara çatdırmalıyıq. Düşünürəm ki, maarifləndirmə işlərini daha da artırmalıyıq. Biz, qadın sahibkarlığa dəstək verəcək layihələr varsa, onları qanunvericiliyə sizinlə birlikdə gətirməyə hazırıq. Bu günlərdə Əmək Məcəlləsində vacib dəyişiklik etdik. Qadınların 764 peşə sahəsində işləməsinə sovet dövründən bəri məhdudiyyət vardı, o məhdudiyyət aradan qaldırıldı. Bu gün bir qadın kişi ilə eyni vəzifədə işlədiyi halda maaşı həmin vəzifədə olan kişinin aldığı əməkhaqqının 80 faizini təşkil edir. İnkişaf etmiş ölkələrdə bu, 87 faizdir. Ümumilikdə, Azərbaycanda qadınların aldığı orta aylıq əməkhaqqı kişilərin əməkhaqqının 63 faizini təşkil edir. Qadınların əməkhaqqısı aşağı olmalı deyil, baryerlər aradan qaldırılmalıdır. Biz qadın sahibkarların qarşısından bütün işıqforları, baryerləri götürməliyik”.
oxu.az
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












