Komitə sədri: “Ya inflyasiyaya gedilməli, ya da qlobal iqtisadi böhran elan edilməlidir”

“Rusiya-Ukrayna müharibəsi dünyanın iqtisadi mənzərəsini ağırlaşdırır”.
Avtosfer.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “2023-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Tahir Mirkişili deyib.
O bildirib ki, Rusiya-Ukrayna hərbi əməliyyatları dünya bazarlarında kəskin bahalaşma yaradıb və inflyasiya təzyiqlərini yüksəldib.
“Bu gün dünya qiymət artımı, ərzaq qıtlığı ilə üz-üzədir. Qlobal bazarlar monetar və fiskal təhdidlərlə qarşı-qarşıyadır”, - deyə komitə sədri bildirib.
Deputat əlavə edib ki, dünya indi iki seçim qarşısındadır:
“Düşünülür ki, ya inflyasiyaya gedilməli, ya da qlobal iqtisadi böhran elan edilməlidir. Hələlik birinciyə üstünlük verilir”.
Tahir Mirkişili qeyd edib ki, Azərbaycanda iqtisadi böhranlardan sığortalanmaq üçün uğurlu inkişaf strategiyası hazırlanıb. Azərbaycan açıq siyasət indeksində 81-dən 44-ə qədər yüksəlib.
oxu.az
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












