"Kürd Elnur" ləqəbli şəxsə hökm oxundu

Kriminal aləmdə "Kürd Elnur" ləqəbli ilə tanınan, əvvəllər dəfələrlə məhkum olunmuş Elnur Abbasovun cinayət işi üzrə məhkəmənin yekun iclası keçirilib.
Avtosfer.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunaraq, Elnur Abbasov 3 il 9 ay 25 gün azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Elnur Abbasov 2024-ün ilin yanvarında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 221.1-ci (Xuliqanlıq), 228.4 (Qanunsuz olaraq odlu və soyuq silah əldə etmə və gəzdirmə), 234.4.3, 234.2-ci 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, dəfələrlə məhkumluq həyatı yaşayan Elnur Abbasov özünü mərhum kriminal avtoritet Rövşən Canıyevin ("Rövşən Lənkəranski") yaxın tərəfdarı hesab edir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












