Kürdəmirdə oğurluq edən şəxslər saxlanılıb

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində avqust ayında marketlərin birinin seyfindən oğurluq edən dəstə üzvləri saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Kürdəmir rayon sakini olan bir nəfər RPŞ-yə ərizə ilə müraciət edərək onun işlədiyi marketdən oğurluq edilməsi barədə məlumat verib.
Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Sabirabad rayon sakinləri Rəşad Tağıyev, əvvəllər məhkum edilmiş Samir Niftalıyev və Saatlı rayon sakini Sabir Muradov saxlanılıb.
Araşdırmalarla onların 2 000 manat məbləğində pulu marketin seyfindən oğurladıqları müəyyən edilib. S. Niftalıyevin ətrafında davam etdirilən tədbirlərlə onun rayon ərazisindəki daha bir marketdən 900 manat məbləğində pul oğurladığı etdiyi aşkar edilib. Dindirilmə zamanı həmin şəxslər törətdiyi cinayət əməllərini etiraf ediblər.
Faktla bağlı Kürdəmir RPŞ-də araşdırmalar davam etdirilir.
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı












