“Landmark” biznes mərkəzi satıldı - İşçilər binaya buraxılmadı

Bakıda xarici ölkə səfirliklərinin, şirkətlərin və beynəlxlaq təşkilatların ofislərinin yerləşdiyi “Landmark” biznes mərkəzinə məxsus 3-cü bina “Aqrarkredit” QSC-yə satılıb.
Avtosfer.az Gununsesi.info-ya istinadən xəbər verir ki, bu gün səhər binada yerləşən qurumlarda çalışan əməkdaşlar ora daxil ola bilməyib.
Belə ki, onların giriş kartları deaktiv edilib. Qeyd olunur ki, “Landmark” hotelinin bütün əməkdaşları kütləvi şəkildə işdən çıxarılıb.
Xatırladaq ki, binada Avropa İttifaqının Bakıdakı nümayənəliyi, Niderland, Venesuela, Litvanın səfirlikləri, həmçinin məşhur “Boston Consulting”, “Procter amd Gamble” şirkətlərinin ofisləri yerləşirdi.
“Landmark” biznes mərkəzi 1990-cı illərin sonunda Bakının mərkəzində “köhnə dəyirman” deyilən ərazidə Şimali Kiprdən olan mühəndis və tanınmış iş adamı Efruz Sami Müdüröğlu tərəfindən inşa edilib. Onun oğlu Eran Müdüroğlu bir müddət əvvəl biznes mərkəzini 120 milyon dollara hərraca çıxarmışdı. Amma binanın sahibləri onu hərraca çıxaran şirkətin fəaliyyətində qanunsuzluqları əsas gətirərək Ədliyyə Nazirliyindən hərrac prosesini dayandırmasını, başqa şirkətə ötürülməsini xahiş etmişdilər.
Qeyd edək ki, “Müdüroğlu” ailəsinin ölkəmizdəki biznesinin qanuni təmsilçisi Nərgiz Nəsrullayevadır. O, 1996-2001-ci illərdə Azərbaycanın İqtisadiyyat naziri, 2001-2007-ci illərdə Hesablama Palatasının 1-ci sədri vəzifəsində çalışmış Namiq Nəsrullayevin qızıdır. Nərgiz Eran Müdüroğlunun həyat yoldaşıdır. O, Dövlət Neft Fondu icra direktorunun müşaviri vəzifəsində çalışıb. Ötən il N.Nəsrullayeva həyat yoldaşı ilə birlikdə vətəndaşı olduqları Avropa ölkələrindən birinə gedib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












