Lavrov: “Azərbaycan öz vətəndaşları kimi Qarabağ ermənilərinin hüquqlarını təmin etməyə hazırdır”

"Ermənistan rəhbərliyi son zamanlar status haqqında deyil, Qarabağın erməni əhalisinin hüquqlarının təmin edilməsi barədə danışır. Azərbaycan tərəfi bu məsələni müzakirə etməyə və onları ölkənin digər vətəndaşlarının malik olduğu hüquqlarla təmin etməyə hazırdır."
Avtosfer.az-ın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropanın təhlükəsizlik problemlərinə həsr olunmuş mətbuat konfransında bildirib.
O, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesində Rusiyanın səyləri barədə də danışıb: "Biz rəsmi Bakı və İrəvan ilə 10-a yaxın görüş keçirmişik. Azərbaycanın 44 günlük müharibədə qələbəsindən sonra Rusiya regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpası istiqamətində tərəflərə kömək göstərməyə davam edir. Bundan başqa, Rusiyanın sərhədlərin delimitasiyası və sülh müqaviləsinin hazırlanması işində tərəflərə kömək etməsi barədə razılıq əldə olunub".
Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) rəsmi Bakı ilə İrəvan arasındakı əlaqələrin normallaşdırılması prosesində özünü vasitəçi təqdim etməklə “dəfn olunmuş” ATƏT-in Minsk qrupunun yoxluğunu kompensasiya etməyə çalışır.
(Report)
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA











