Lənkəranda narkotik satışı ilə bağlı 19 nəfər saxlanılıb - FOTO

Lənkəranda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı son 10 gün ərzində keçirilən əməliyyat tədbirləri nəticəsində 19 nəfər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Lənkəran rayon sakini E.Mehrəliyevin idarə etdiyi “Mercedes” markalı avtomobil Nərimanabad qəsəbəsi ərazisində hərəkətdə olarkən Lənkəran ŞRPŞ-nin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Əsaslı şübhələr olduğundan həmin nəqliyyat vasitəsi polis şöbəsinə gətirilib. Keçirilən baxış zamanı avtomobildəki saxlanc yerindən və həmin nəqliyyat vasitəsində sərnişin qismində olan S.Sattarovun üzərindən kibrit qutularında qablaşdırılmış 271 qram marixuana aşkarlanaraq götürülüb. Bundan əlavə, Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən daxil olmuş məlumatlar əsasında keçirilmiş əməliyyat tədbirləri nəticəsində son 10 gün ərzində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 17 nəfər saxlanılıb. Onlardan hazır bükümlərdə qablaşdırılmış külli miqdarda narkotik maddə aşkar edilərək götürülüb.
Lənkəran ŞRPŞ-nin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində keçirdikləri tədbirlər nəticəsində son bir həftə ərzində ayrı-ayrı şəxslərdən müvafiq sənədləri olmadan qanunsuz olaraq saxlanılan 5 ədəd ov tüfəngi aşkarlanaraq götürülüb və aidiyyatı üzrə təhvil verilib.
Aşkarlanan faktların hər biri ilə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün Rayon Məhkəməsinə göndərilib.
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq














