Lənkəranda polisə yalan məlumat verilib, saxlanılanlar var

Polisə yalan məlumat verən şəxs saxlanılıb.
Avtosfer.az xəbər verir ki, Astara rayon sakini Ramin Babayev polisə məlumat verərək gecə saatlarında Lənkəran rayonu ərazisində tanımadığı 3 nəfər şəxsin onu bıçaqla hədələyərək mobil telefonunu aldıqdan sonra oradan uzaqlaşdıqlarını bildirib.
Məlumat əsasında Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri nəticəsində həmin şəxsin quldurluq barədə polisə bilərəkdən yalan məlumat verdiyi müəyyən edilib. Belə ki, araşdırmalarla məlum olub ki, həmin şəxs öz mobil telefonunu narkotik vasitə əldə etmək üçün Lənkəran rayon sakini Bəhruz Hüseynzadəyə verib. Polis əməkdaşlarının keçirdikləri əlavə əməliyyat tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən B.Hüseynzadə və qardaşı İ.Hüseynzadə saxlanılıblar. Şəxsi axtarış zamanı hər ikisinin üzərindən heroin aşkarlanıb.
Bundan başqa, B.Hüseynzadənin yaşadığı evə keçirilən baxış zamanı onun R.Babayevdən narkotik vasitə qarşılığında aldığı mobil telefon, 585 qram heroin, 1 ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngi, həmin silaha aid 2 ədəd patron, əlavə olaraq 3 ədəd 7.62 kalibrli patron və 1 ədəd soyuq silah hesab edilən bıçaq və aşkarlanaraq götürülüb.
Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












