Lənkəranda yağışdan sonra mərkəzi küçələri su basdı, ərazi keçilməz oldu - FOTO

Lənkəranda kanalizasiya sistemlərinin bərbad vəziyyətə düşməsi səbəbindən yağışdan sonra şəhərin bir neçə küçəsini su basıb.
Avtosfer.az xəbər verir ki, bu barədə bir qrup şəhər sakini məlumat verib.
Onların sözlərinə, subasmalar daha çox Səttarxan, Zərifə Əliyeva və Tofiq İsmayılov küçələrində, eləcə də "Raypo" kimi tanınan yaşayış massivində qeydə alınıb. Kanalizasiya sistemləri yararsız hala düşdüyündən yağış suları uzun müddət ərazidə qalır və həmin küçələrdə piyada gəzmək müşkülə çevirilir.
Sakinlər söyləyir ki, kanalizasiya sistemləri yağış sularını normal ötürmədiyindən izafi sular yaşayış evlərinin zirzəmilərinə, həyətlərinə dolur və yolları keçilməz edir. Bu səbəbdən yağış sularının yığılması nəticəsində həyətlər subasmaya məruz qalıb.
Onlar deyir ki, əraziyə su dolduğundan hərəkət etmək məhdudlaşdığına görə uşaqları məktəbə aparmaqda çətinlik çəkirlər.
Buna görə də, sakinlər küçədə yaranan gölməçələri keçmək üçün taxtadan və daşdan ayaqaltılar düzüblər.
Qeyd edək ki, Lənkəranda su-kanalizasiya sisteminin yenilənməsinə ciddi ehtiyac var. Bir neçə il əvvəl bu məqsədlə geniş layihənin icrasına başlanılsa da, tamamlanmadan yarımçıq qalıb.(Report)
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA

















