Marsın ilk fotoşəkli Yerə göndərildi - FOTO

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) 3 gün əvvəl Marsın orbitinə daxil olan “Amal” kosmik zondu qırmızı planetin səthinin ilk fotoşəklini Yerə göndərib. Fotoşəkli sosial şəbəkədə paylaşan Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid Əl Məktum ərəb dünyasının ilk kosmik zondunun Marsın səthindən 25 min kilometr aralıda olduğunu yazıb. O əlavə edib ki, BƏƏ İslam aləmində qırmızı planetə kosmik missiya göndərən birinci, dünyada isə beşinci ölkədir.
“Amal” kosmik zondu Qırmızı planetin iqlimini və atmosferini tədqiq edəcək ən müasir cihazlarla təchiz edilib. Ozon qatı, buzluqlar, oksigen və hidrogenin səviyyəsini ölçmək üçün də xüsusi ultrabənövşəyi spektrometrlər quraşdırılıb. Bu zond ilk dəfə olaraq 687 gün davam edən Mars ili ərzində qırmızı planetin atmosferində baş verən dəyişikliklərin təsvirini Yerə göndərəcək./publika.az
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO













