"Maşındakı qız bizi söymüşdü" - İş adamını öldürən şəxsə 18 il 6 ay həbs verildi

Sumqayıtda qətl törədən şəxsə hökm oxunub. Avtosfer.az Qafqazinfo-ya istinadən xəbər verir ki, ötən il oktyabrın 10-u, saat 4 radələrində 1992-ci il təvəllüdlü Tural Abdulovu bıçaqlayaraq qətlə yetirən 1994-cü il təvəllüdlü Sənan Hacının məhkəmə prosesi başa çatıb. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Hacı Cinayət Məcəlləsinin 120.2.2 (Xuliqanlıq niyyətilə adam öldürmə) və 221.3-cü (Xuliqanlıq – silah tətbiq etməklə) maddələri ilə təqsirli bilinərək 18 il 6 ay müddətinə həbs cəzasına məhkum edilib.
Araşdırmalar zamanı məlum olub ki, 30 yaşlı T.Abdulov Sumqayıtda biznes fəaliyyəti ilə məşğul olub və 3 yerdə şərab mağazası işlədib. Hadisə baş verən gün T.Abdulov avtomobillə Sənanın və yanındakı digər 2 nəfərin qarşısından keçib. Bu zaman avtomobildə sərnişin qismində qız da olub. Həmin qızın onlara qarşı söyüş işlətdiyini deyən Sənan fit çalaraq və qışqıraraq maşını saxladıb və mübahisə baş verib. Həmin vaxt ərazidə polislər olduğu üçün tərəflər mübahisəni qısa vaxtda bitirərək uzaqlaşıblar. Lakin Sənan və dostları bir qədər sonra yenidən həmin yerə - T.Abdulovun işlətdiyi mağazanın yaxınlığına gəliblər. Bu zaman mübahisə münaqişəyə çevrilib və Sənan Hacı Turalın ürək nahiyəsinə bıçaqla zərbələr endirərək onu qətlə yetirib.
Xatırladaq ki, hadisə Sumqayıt şəhər 5-ci mikrorayon Zülfi Hacıyev küçəsində qeydə alınıb.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












