Maskadan məcburi istifadə müddəti artırılacaq- Gürcüstanda

Gürcüstanda açıq və qapalı məkanlarda qoruyucu maskadan məcburi istifadə müddətinin artırılması planlaşdırılır.
“Report”un yerli bürosu xəbər verir ki, bununla bağlı qanunvericiliyə müvafiq dəyişikliklər sabah parlamentin bürosuna təqdim olunacaq.
Qüvvədə olan qanunla qoruyucu maskadan məcburi istifadə müddəti martın 2-dək müəyyən edilib. Müddətin nə vaxtədək uzadılması məsələsi qanun layihəsinin müzakirəsi zamanı dəqiqləşdiriləcək.
Qeyd edək ki, qonşu ölkədə ötən ilin noyabrından həm qapalı məkanlarda, həm də açıq havada tibbi maskadan istifadə məcburi olub. Qoruyucu tibbi vasitədən düzgün istifadə qaydalarını pozan fiziki şəxslər 20 lari məbləğində cərimə olunurlar. Bu qayda pozuntusuna təkrar yol verildiyi halda cərimənin məbləğinin 50 lariyədək artırılması nəzərdə tutulur.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












