“Maxi.az” rəhbərinə “stop” qoyuldu – Milyonlarla vergi borcu var

Azərbaycanda distributor kimi fəaliyyətdə olan "İnteqral" Qapalı Səhmdar Cəmiyyəti (Maxi.az) rəhbərinin ölkədən çıxışına məhdudiyyət qoyulub. Avtosfer.az Qaynarinfo-ya istinadla bildirir ki, buna səbəb böyük elektronika və məişət texnikasının satış şəbəkələrindən olan "Maxi.az"ın baş direktoru Əliyev İbrahim Bayraməli oğlunun külli miqdarda vergi borcunun olmasıdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən "Maxi.az"ın baş direktorunun ölkədən çıxışına məhdudiyyət qoyulması üçün məhkəməyə müraciət edilib. Məlum olub ki, İbrahim Əliyevin sözügedən idarəyə 1.234.575,87 AZN vergi borcu yaranıb. Məhkəmənin qərarı ilə "onun ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılıb.
Qeyd edək ki, rlektronika və məişət texnikası mağazalar şəbəkəsi kimi tanınan "Maxi.az” şirkətinin filialları 2023-cü ilin iyun ayında bağlanıb. "İnteqral Plus" mağazalar şəbəkəsinin əsasında qurulan bu şirkət 2006-cı ildən fəaliyyət göstərməyə başlayıb və hazırda Azərbaycanın ən böyük elektronika və məişət texnikasının distribyutorlarından biridir. "Maxi.az" məhsulları onlayn olaraq satılır, filiallar isə fəaliyyət göstərmədiyi deyilir.
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA
Oğlunun adı qətldə hallanan deputat Arzuxan Əlizadə DANIŞDI
Azərbaycanın ən böyük suvarma kanalında işlər nə yerdədir? - FOTO












