MDB 2023-cü ildə dəmir yolu ilə yükdaşımalarla bağlı tarif siyasətini qəbul edib

Müstəqil Dövlətlər Birliyi (MDB) 2023-cü ildə dəmir yolu ilə yükdaşımalarla bağlı tarif siyasətini qəbul edib.
Avtosfer.az xəbər verir ki, bu barədə Belarusun dövlət xəbər agentliyi Belarus Dəmir Yollarına istinadən məlumat yayıb.
Bildirilir ki, MDB ölkələrinin dəmir yolu administrasiyalarının tarif konfransında üzv dövlətlərin dəmir yollarının tarif siyasəti qəbul edilib: “Bununla 2023-cü fraxt ili üçün beynəlxalq daşımalarda yüklərin daşınması tarifləri müəyyən edilib”.
Məlumata görə, 2023-cü ildə tarif siyasəti ilə bağlı işlərin idarə edilməsi funksiyaları Qazaxıstanın dəmir yolu administrasiyasına həvalə olunub: “MDB-nin 2023-cü il üçün tarif siyasəti “Qazaxıstan Dəmir Yolları” (KTJ) və Belarus Dəmir Yollarının rəsmi saytında yerləşdiriləcək”.
Qeyd edək ki, tarif siyasəti MDB-yə üzv dövlətlərin dəmir yolu nəqliyyatında razılaşdırılmış tarif siyasətinin müəyyən edilməsi konsepsiyasının əsas prinsiplərinə uyğun olaraq hazırlanıb. Bu, 1996-cı ilin oktyabrında MDB Dövlət Başçıları Şurası tərəfindən təsdiq edilib.
“Report”
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












