Məhkəmələrdə işləmək istəyənlərin NƏZƏRİNƏ!

Apellyasiya, ağır cinayətlər, hərbi, inzibati, kommersiya və rayon (şəhər) məhkəmələrində, ümumilikdə 72 məhkəmədə 286 vakant inzibati vəzifənin (məsləhətçi, hakimin köməkçisi, məhkəmə iclasının katibi) tutulması məqsədilə müsabiqənin müsahibə mərhələsi elan edilib.
Ali Məhkəmədən Avtosfer.az-a bildirilib ki, müsabiqənin müsahibə mərhələsində aşağıdakı kateqoriyalara aid şəxslər iştirak hüququna malikdirlər:
- Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatı qüvvədə olan şəxslər;
- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
- Dövlət orqanlarında (qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 yanvar tarixli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər.
Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər avqustun 12-si saat 18:00-dək Dövlət İmtahan Mərkəzinin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.
Hüquqşünasları məhkəmələrdə vakant olan inzibati vəzifələrin tutulması üçün müsabiqələrdə iştiraka dəvət edirik.
Daha ətraflı məlumatı Dövlət İmtahan Mərkəzinin saytından əldə etmək olar.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












