Mehriban Əliyeva prezident seçildi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva növbəti dəfə Azərbaycan Gimnastika Federasiyasının (AGF) prezidenti vəzifəsinə seçilib.
Avtosfer.az bildirir ki, Milli Gimnastika Arenasında "AGF" İctimai Birliyinin 11-ci Ümumi iclası və AGF İcraiyyə Komitəsinin 37-ci iclası keçirilir. AGF Əsasnaməsinə uyğun olaraq ümumi iclas hesabat-seçki xarakteri daşyıb.
Keçirilmiş səsvermə nəticəsində Mehriban Əliyeva növbəti beş il ərzində Azərbaycan Gimnastika Federasiyasının prezidenti (İcraiyyə Komitəsinin sədri), Altay Həsənov isə AGF-in vitse-prezidenti (İcraiyyə Komitəsinin sədr müavini) vəzifəsinə yenidən seçilib.
Bundan başqa, Milli Məclisin deputatı Rauf Əliyev, Heydər Əliyev adına İdman-Konsert kompleksinin direktoru Rafiq Behbudov və bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva növbəti beş il ərzində yenidən İcraiyyə Komitəsinin üzvləri seçilib.
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA
Pensiyalarla bağlı gözlənilən XƏBƏR
Bakı Limanında yükaşırma göstəriciləri artıb - FOTO
Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında - FOTOLAR - YENİLƏNİB
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
Sərnişin sıxlığını azaltmaq üçün hansı addımlar atılacaq? - AÇIQLAMA
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə ARTIRILIR
Bu şəxslər üçün GEDİŞ HAQQI daha az olacaq










