Azərbaycanda məktəbli avtobusları fəaliyyətə başlayacaq- Nazirdən AÇIQLAMA

"Yol xəritəmizdə məktəb avtobuslarının olması var. Biz istəyirik ki, uşaqlar məktəbə rahat getsin".
Avtosfer.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə deyib:
"Bir çox ölkələr sərt məktəb seçimi qaydası müəyyənləşdiriblər. Məsələn, şagirdə yalnız yaşadığı yerə yaxın ərazidə məktəb seçməyə imkan verilir. Məktəb avtobusu uzaq yerlərdən şagirdləri gətirmək üçün nəzərdə tutulub. Bakının məktəbləri ilə bağlı ciddi miflər mövcuddur. Məsələn, hər il tədris ili başlayanda valideynlər ən yaxşı məktəbin hansı olduğunu soruşurlar. Bakıda 330 məktəb var, hər birində yaxşı və pis oxuyan şagirdə rast gəlinir. Ən yaxşı məktəb mənim üçün evə yaxın olan məktəbdir. Şagird stress yaşamır. Hətta yaxşı olmasa belə, onu birlikdə yaxşı etmək olar.
Şagirdlərin məktəblərdə yerləşdirilməsində müəyyən mənada pərakəndəlik var. Lakin son illərdə biz sistemi qurmuşuq. Şagirdlərin yerdəyişməsi əsasən yaşadıqları ərazi üzrə aparılır. Bu gün Bakının dörd bir tərəfindən məktəblərə şagird gəlir. Bu səbəbdən hazırda məktəb avtobuslarının nə qədər effektiv olacağı sualı ortaya çıxır. Bəzi məktəblər özəl sektorla əməkdaşlıq çərçivəsində avtobus xidməti ala bilər. Biz bunu dəstəkləyirik. Bunun biz tərəfdən təşkili ilə bağlı bir neçə dəfə cəhdlər olub. Lakin məktəblə ünvanların uyğunlaşmaması bu xidmətin səmərəli təşkilində ən azından kağız üzərində alınmır".
İldırımlı hava səbəbindən bəzi uçuşlar təxirə düşdü - RƏSMİ
Sərnişinlərin NƏZƏRİNƏ! - Bu marşrutun yolu dəyişdirilir
Hesablama Palatası iki dövlət qurumunda NÖQSANLAR AŞKARLADI
Taksidə kondisioner üçün əlavə pul ödəməliyik? - VİDEO
Qənirə Paşayevanın qardaşına VƏZİFƏ VERİLDİ - FOTO
Azərbaycan neftinin bazar dəyəri niyə son aylarda tez-tez dəyişir? - AÇIQLAMA
Azərbaycanlı avtoritet Soçidə saxlanıldı, polis məntəqəsində öldü - FOTO
Bakının beş küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - SİYAHI
Anar Bayramov bu xanımı işdən AZAD ETDİ
Onlar yüksək vəzifəyə TƏYİN OLUNDULAR - FOTO
Bu küçədə mobillik zolağı təşkil olunacaq - EKSPERT










