Meşədən meyvə toplayanlar cərimələnirlər? - RƏSMİ CAVAB - VİDEO

Quba rayonunun meşəlik əraziləri yabanı halda bitən müxtəlif meyvə, giləmeyvə və bitkilərə zəngindir. Bəzi vətəndaşlar bu məhsulları şəxsi ehtiyacları, digərləri isə satış üçün toplayırlar.
Son günlər sosial şəbəkələrdə meşələrdən giləmeyvə, o cümlədən böyürtkən toplayan şəxslərin cərimələnməsi ilə bağlı məlumatlar yayılıb.
Bu məlumatlar isə vətəndaşlar arasında narahatlıq və müzakirələrə səbəb olub. Sözügedən ərazidə yaşayan sakinlərin sözlərinə görə, yabanı meyvə və giləmeyvə toplayanlara bununla bağlı cərimə tətbiq edilmir.
"Heç bir narahatlıq yoxdur, cərimə edilmirik. Dərməsən xarab olur, üstünə yağış tökülür", - deyə satıcı Baku TV-yə yayılan məlumatların əsassız olduğunu bildirib.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədr müavini Amin Məmmədov da bildirib ki, vətəndaşların meşədən meyvə və ya giləmeyvə toplamasına görə cərimələnməsi barədə hər hansı qərar mövcud deyil:
"Deyilənlər həqiqəti əks etdirmir. Belə bir qadağa və ya qərar yoxdur. Bu məsələ ilə bağlı vətəndaşlar arasında olan narahatlıq əsassızdır və gərginlik yaradacaq məlumatların yayılması düzgün hesab edilmir".
Azərbaycanın qonşusunda COVİD -19 sürətlə YAYILIR
Müdafiə Nazirliyi məlumat yayıb - VİDEO
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA












