Metroda qırmızı xətt üzrə ən minimal interval təmin olunacaq

"Bakı metropoliteni” QSC-də görüləcək mürəkkəb və kompleks tədbirlərin tərkib hissəsinə xətlərin fəaliyyətini və idarəetməsini təmin edən əsas infrastruktur layihələrinin həlli daxildir.
Avtosfer.az xəbər verir ki, “Bakı metropoliteni” QSC yaydığı məlumatda qatarlara qulluq, xidmət, təmir, tunel, yol hərəkəti və digər mühüm sahələrin işinin təşkili, texniki məsələlərin həlli baxımından hər xəttin özünün deposu olmasının vacibliyi qeyd olunub.
Məlumata görə, xətlər ayrıldıqdan sonra Qırmızı xətt üzrə ən minimal intervallar təmin olunacaq, həm də qatarların sayının artırılması lazım gələcək.
“Hərəkətin intensivliyi enerji tələbatını da artıracaq. Qatarların yenilənməsi prosesi innovasiyalar baxımından sonuncu nəsil vaqonları ilə aparılır. Yeni nəsil qatarların elektrik güc tələbatı isə əvvəlki nəsil analoqlarından 1,5 dəfədən çoxdur. Qeyd edilənlər elektrik enerjisinin fasiləsizliyini, etibarlığını və elektrik təchizatı məsələlərinə yeni yanaşmanı aktuallaşdırır. Buna görə də Qırmızı xəttin 1967-ci ildən fəaliyyət göstərən 1 saylı dartı elektrik yarımstansiyasının tamamilə yenidən qurulması da zəruri və qaçılmazdır”, - deyə məlumatda bildirilir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












