Mikayıl İsmayılovun oğlu atalıqla bağlı qərardan narazıdır

SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadə əvvəllər qeyri-rəsmi nikahda olduğu Fidan Abbasovanın övladının atası kimi tanınması qərarından narazıdır.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, İsmayılzadə Sabunçu Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib.
Həmin qərarla Orxan Fidanın 10 yaşlı qızının atası kimi müəyyən edilib. Üzərinə aliment ödəmək öhdəliyi qoyulub.
Orxan ekspertizaya gəlmədiyi üçün qərar atalığın müəyyən edilməsi üçün ekspertiza keçirilmədən qəbul edilib. Qanuna əsasən, belə halda iddia tələbi təmin edilib. Fidanın vəkili Asim Abbasov Orxan İsmayılzadənin imkanını nəzərə alaraq aylıq 2 min manat aliment kəsilməsini istəsə də, məbləğ 500 manat təyin edilib.
Orxanın şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsi atalığın müəyyən edilməsi üçün yenidən ekspertiza təyin edib. Maraqlıdır ki, Orxan yenə yoxlanışa gəlməyib.
O, sübut kimi məhkəmələrə sadəcə bir neçə həkim rəyi təqdim etməklə kifayətlənib. Fidanın vəkili isə alimentin aylıq 2 min manata qaldırılması üçün apellyasiya şikayəti verib. Yuxarı instansiya məhkəməsi yaxında yekun qərarını elan edəcək.
Əldə etdiyimiz digər məlumata görə, Orxan İsmayılzadə məhkəmə qərarını alimentin ödənilməsi hissəsində icra etmir. Sabunçu Rayon Məhkəməsinin qərarında isə göstərilib ki, qərar alimentin ödənilməsi hissəsində dərhal icra edilməlidir. Lakin Orxan 6 aydır aliment ödəməkdən yayınır. İş icraya yönəldikdən sonra o, cəmi 1 ayın alimentini-500 manatı ödəyib.
Vəkil isə aliment tələbi yerinə yetirilmədiyi üçün icra şöbəsinə müraciət edib. İcraçının Orxan İsmayılzadənin əmlakları üzərinə həbs qoyulması tələbi ilə məhkəməyə müraciət etdiyi bildirilir.
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir











