Milli Məclisin növbədənkənar sessiyası üzrə son iclası iyulun 14-də keçiriləcək

Milli Məclisin növbədənkənar sessiyası üzrə növbəti iclası iyulun 14-də keçiriləcək.
Avtosfer.az xəbər verir ki, bu barədə parlamentin sədri Sahibə Qafarova sessiyanın bugünkü iclasının sonunda məlumat verib.
O qeyd edib ki, gündəlik barədə ətraflı məlumat veriləcək.
Əldə etdiyimiz məlumata görə, bu, qanunverici orqanın növbədənkənar sessiyası üzrə son iclasıdır.
Xatırladaq ki, parlamentin növbədənkənar sessiyası mayın 30-da 85 deputatın spiker Sahibə Qafarovaya müraciəti əsasında çağırılıb.
Qeyd edək ki, səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə - iyulun 15-dən avqustun 30-dək və yanvarın 1-dən 15-dək tətilə buraxılır. Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılır. Tətil dövründə Milli Məclisin növbədənkənar sessiyası çağırıldıqda Milli Məclisin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılır. Növbədənkənar sessiya bitdikdən sonra deputatlar tətilə buraxılır.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












