Mingəçevir su anbarında qanunsuz balıq ovuna qarşı reyd keçirilib

DİN-in Su Nəqliyyatında Polis İdarəsinin Mingəçevir Xətt Polis məntəqəsinin əməkdaşları tərəfindən xidməti ərazidə qanun pozuntularının aşkarlanması və təqsirkar şəxslərin müəyyən edilməsi istiqamətində monitorinqlər davam etdirilir.
DİN-in Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, bu tədbirlər çərçivəsində keçirilən növbəti reyd zamanı Mingəçevir Su Anbarının Alazan adlanan ərazisindən Ayı Buxtası adlanan əraziyə kimi məsafədə quraşdırılan qanunsuz torlar və balıqların ovlanması üçün istifadə olunan müxtəlif növ qurğular polis əməkdaşları tərəfindən sudan çıxarılıb və qanuna müvafiq qaydada tədbirlər görülüb. Monitorinq zamanı balıq ovu ilə məşğul olan Yevlax şəhər sakinləri Nicat Əliyev və İlqar Məmmədov saxlanılaraq, onlarla profilaktiki söhbət aparılıb, qanunun tələbləri onların diqqətinə çatdırılmaqla xəbərdarlıq edilib.
Vaxtaşırı olaraq keçirilən bu kimi nəzarət-profilaktiki tədbirlərlə balıq ovu və ovçuluq ilə məşğul olan şəxslərin onlara verilmiş kvotalara riayət etmələri, qayıqla balıq tutanların sənədlərinin mövcudluğu yoxlanılır, partlayıcı və digər qanunla qadağan edilmiş vasitələrdən istifadə edərək balıq ovlayanların müəyyən edilməsi, eləcə də başqa ekoloji cinayət törədənlərin aşkarlanması həyata keçirilir. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












