"MiQ-31" qırıcı təyyarəsini qaçırmaq üçün rusiyalı pilotlara 3 milyon dollar vəd edildi

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Ukrayna hərbi kəşfiyyatının əməliyyatının qarşısını alıb.
Avtosfer.az TASS-a istinadən xəbər verir ki, əməliyyatın əsas məqsədi "Kinjal" hipersəs raketi ilə təchiz olunmuş Rusiya "MiQ-31" qırıcı təyyarəsinin qaçırılması olub.
Təyyarəni qaçırmaq üçün Ukrayna hərbi kəşfiyyat zabitləri rusiyalı pilotları işə cəlb etməyə cəhd göstərərək onlara üç milyon dollar ödəməyi vəd ediblər. Bundan əlavə, pilotlara Qərb ölkələrindən birinin vətəndaşlığı vəd olunub.
Ukrayna kəşfiyyat xidməti "Kinjal" raketi ilə silahlanmış təyyarəni NATO-nun cənub-şərqi Avropadakı ən böyük aviabazası - Rumıniyanın Konstansa şəhərində yerləşən əraziyə uçurmağı planlaşdırıb. Əməliyyatda Rusiya tərəfindən xarici agent hesab olunan "Bellingcat" şirkətindən istifadə edilib.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












