MN ehtiyatda olan hərbçinin ittihamlarına cavab verdi

Müdafiə Nazirliyi ehtiyatda olan hərbçinin ittihamlarına cavab verib.
Nazirliyin Mətbuat Xidmətindən Avtosfer.az-a bildirilib ki, noyabrın 1-də bəzi internet kanallarında ehtiyatda olan hərbi qulluqçu Səbuhi Abdullayev Azərbaycanın Hərbi Hava Qüvvələri (HHQ) və onun müvafiq silah-sursat sistemlərini modernləşdirməsi layihələri haqqında həqiqətə uyğun olmayan və peşəkarlıqdan tamamilə kənar fikirlər səsləndirib:
"Şəxsin Hərbi Hava Qüvvələrimiz (HHQ) haqqında səsləndirdiyi fikirlər tam əsassızdır, yalan və iftiradan başqa bir şey deyildir. Onun bu fikirlərini təxribat və qəsdən Azərbaycan Ordusunun nüfuzuna xələl gətirmək cəhdləri kimi qiymətləndiririk.
S.Abdullayevin həqiqəti əks etdirməyən və məsuliyyətsiz ittihamları ilə bağlı HHQ-nin komandanlığı onun barəsində məhkəmə-hüquq müstəvisində müvafiq tədbirlər görəcək".
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












