Mobil cihazların qeydiyyatına dair dəyişikliklərin mahiyyəti - AÇIQLANIB

“Telekommunikasiya haqqında” qanuna və İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklərin mahiyyəti açıqlanıb.
Mobil telefonun qeydiyyatından yayınanlar 12 min manatadək cərimə ediləcək.
Avtosfer.az xəbər verir ki, qanun layihəsinə əsasən, mobil cihazların qeydiyyatının aparılmasının hüquqi əsaslarını müəyyən edir və qeydiyyatın aparılmasından yayınmaq məqsədilə mobil cihazın İMEİ nömrəsinin dəyişdirilməsini və ya surətinin köçürülməsini, habelə İMEİ nömrələri mobil cihazların qeydiyyat sisteminin qara səhifəsində olan mobil cihazlara mobil operator tərəfindən telekommunikasiya xidmətlərinin göstərilməsini qadağan edir.
İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən həmçinin mobil cihazın qeydiyyatının aparılmasından yayınmaq məqsədilə mobil cihazın İMEİ nömrəsinin dəyişdirilməsinə və ya surətinin köçürülməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur.
Qeyd etmək lazımdır ki, IMEI (International Mobile Equipment Identification) nömrə mobil cihazlar üçün tək və bənzərsiz olaraq təsis edilmiş beynəlxalq identifikasiyanı (eyniləşdirməni) göstərən 15 rəqəmdən ibarət nömrədir, IMEI nömrə GSM Assosiasiyası tərəfindən təyin edilir və yalnız mobil cihaz istehsalçısı olan şirkətlərə ayrılır. Mobil cihazın IMEI nömrəsi barədə məlumatı həmin cihazda *#06# yığmaqla əldə edilir. IMEI nömrənin qeydiyyatının aparılmasının üstünlükləri aşağıdakılardır:
- şəxsin identifikasiya edilməsi (xüsusilə əməliyyat-axtarış tədbirləri üçün şəxsin identifikasiyası);
- cihazın itirilməsi, oğurlanması və digər qeyri-qanuni yollarla ələ keçirilməsi zamanı, mülkiyyətçi hüquqlarının qorunması məqsədilə istifadəsinə məhdudiyyətin tətbiqi;
- gömrük rəsmiləşdirilməsindən və gömrük ödənişlərindən yayınmaların minimuma endirilməsi;
- ölkəyə mobil cihazın idxal statistikasının müəyyən edilməsi.
(Apa)
Hesablama Palatası iki dövlət qurumunda NÖQSANLAR AŞKARLADI
Taksidə kondisioner üçün əlavə pul ödəməliyik? - VİDEO
Qənirə Paşayevanın qardaşına VƏZİFƏ VERİLDİ - FOTO
Azərbaycan neftinin bazar dəyəri niyə son aylarda tez-tez dəyişir? - AÇIQLAMA
Azərbaycanlı avtoritet Soçidə saxlanıldı, polis məntəqəsində öldü - FOTO
Bakının beş küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - SİYAHI
Anar Bayramov bu xanımı işdən AZAD ETDİ
Onlar yüksək vəzifəyə TƏYİN OLUNDULAR - FOTO
Bu küçədə mobillik zolağı təşkil olunacaq - EKSPERT
Özəl parklanma məntəqələrində qiymətlər artırılıb? - VİDEO
Maskası cırılan “David Seliverstov” dastanı bitmir – Həbsdəki generalın yaxınlarından aldığı 90 min dolların SİRLƏRİ AÇILIR










