Molla rejimi azərbaycanlılara fransız silahı ilə divan tutur - FOTO
İranda etiraz aksiyaları başlayandan 500-dək günahsız insan Bəsic,Sepah və digər yarımhərbi birləşmələrin açdığı atəşin qurbanı olub. Bəs rejim silahı necə əldə edib?
Avtosfer.az xəbər verir ki, Fransa Beynəlxalq Radiosunun (RFİ) fars xidməti və France-24 Televiziyasının reportyor qrupu maraqlı faktı üzə çıxarıb. İranlı etirazçıların RFİ-yə göndərdiyi boş gilizlərdən məlum olub ki, patronlar Fransa istehsalıdır. İran polisi və yarımhərbi birləşmələri “Cheddite” şirkətinin istehsal etdiyi ov güllələri ilə insanlara atəş açır. Radioya gizli müsahibə verən Bəsic üzvü bildirib ki, heç kim silahla davranış qaydalarına görə təlim keçməyib. Öldürülən etirazçıya görə güc strukturları məsuliyyət daşımır. Atəş açmaqla bağlı hər kəsə sərbəst qərar qəbul etmək hüququ verilib. Reportyorlar qrupuna göndərilmiş qopmuş ayaqları, çıxmış gözləri isə yaymaq etik cəhətdən mümkün olmayıb.
Eyni patronlardan 2019-cu ildəki etirazları yatırmaq üçün də istifadə olunmuşdu. Məlum olub ki, 2011-2020-ci illərdə sanksiyalardan yayınaraq üçüncü ölkə vasitəsi ilə İrana 7 milyon dollarlıq güllə satılıb.
İşin başqa maraqlı tərəfi: Hazırda bütün fransalı siyasətçilər Arazın o tayındakı etirazları dəstəkləyir. Arazın bu tayında isə Fransa öldürülməyən ermənilərin, dağıdılmayan kilsələrin dərdini çəkir. Hər 2 halda Fransa beynəlxalq qanunvericiliyi pozur, azərbaycanlılara edilən zülmlərə bilavasitə və bilvasitə dəstək olur. Təəccüblüdürmü?
Əsla yox. İran İslam Respublikasının qurucusu Ayətullah Xomeyni də mühacirətinin son ilini Fransada keçirmiş, inqilabı oradan idarə etmişdi. Ağa orada qaldığı müddətdə Fransadan yerdən göyədək razı idi.
Bizcə, əlavə şərhə lüzum yoxdur.
Vüqar Yaşaroğlu
Hesablama Palatası iki dövlət qurumunda NÖQSANLAR AŞKARLADI
Taksidə kondisioner üçün əlavə pul ödəməliyik? - VİDEO
Qənirə Paşayevanın qardaşına VƏZİFƏ VERİLDİ - FOTO
Azərbaycan neftinin bazar dəyəri niyə son aylarda tez-tez dəyişir? - AÇIQLAMA
Azərbaycanlı avtoritet Soçidə saxlanıldı, polis məntəqəsində öldü - FOTO
Bakının beş küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - SİYAHI
Anar Bayramov bu xanımı işdən AZAD ETDİ
Onlar yüksək vəzifəyə TƏYİN OLUNDULAR - FOTO
Bu küçədə mobillik zolağı təşkil olunacaq - EKSPERT
Özəl parklanma məntəqələrində qiymətlər artırılıb? - VİDEO
Maskası cırılan “David Seliverstov” dastanı bitmir – Həbsdəki generalın yaxınlarından aldığı 90 min dolların SİRLƏRİ AÇILIR










