Polis Goranboyda əməliyyat keçirdi – Saxlanılanlar var

Goranboyda qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, Ağdam rayon sakini Röyal Məmmədov Goranboy rayon ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. Dindirilmə zamanı saxlanılan şəxs narkotik vasitəni Pərviz adlı şəxsdən aldığını bildirib.
Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, rayon sakini Pərviz Məmmədov da saxlanılıb. Saxlanılan şəxsin yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman 1 ədəd sellofan torbada çəkisi 850 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












