Naxçıvan Ali Məhkəməsinə hakim təyin olunur - YENİLƏNİB

Bakı, Sumqayıt, Şəki, Şirvan Apellyasiya məhkəmələrinə yeni hakimlər təyin ediləcək.
Avtosfer.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin videokonfrans formatında keçiriləcək iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, Zəfər Əhmədov Bakı Apellyasiya Məhkəməsinə hakim təyin ediləcək. Şirvan Apelyasiya Məhkəməsinin hakimi Orxan İsmayılov həmin məhkəmənin hakimi vəzifəsindən azad edilərək Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin ediləcək. Füzuli rayon Məhkəməsinin hakimi (sədr) Aqil Əlisa oğlu Musayev vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin ediləcək.
Layihəyə əsasən, aşağıdakı hakimlər vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar Bakı Apelyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad ediləcək:
-Allahverdiyev Elbəy Hidayət oğlu;
-Əyyubov Fərid İlham oğlu;
-Sarıyev Xəyal Əjdər oğlu.
Eyni zamanda layihəyə əsasən, vəzifələri dəyişdirilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kamran Muxtarov və Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Elçin Məmmədov Sumqayıt Apellyasiya Məhkəməsinə hakim təyin ediləcək.
Həmçinin, vəzifələrinin dəyişdirilərək Şəki İnzibati Məhkəməsinin hakimi Vüqar Musayev, Şəmkir rayon Məhkəməsinin hakimi Taleh Musayev Şəki Apellyasiya Məhkəməsinə hakim təyin olunacaq.
Layihəyə əsasən, vəzifələrinin dəyişdirilərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Əliyev, Ağdaş rayon məhkəməsinin hakimi Cavid Sultanov, Masallı rayon Məhkəməsinin hakimi Ceyhun Quliyev, Saatlı rayon Məhkəməsinin hakimi Mirlətif Sadıqov
Şirvan Apellyasiya Məhkəməsinə hakim təyin ediləcək
Elşad İbiş oğlu Əliyev vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar olaraq Şirvan Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad ediləcək
***10:48
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə hakim təyin olunur.
Avtosfer.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil olunan layihədə öz əksini tapıb.
Layihəyə əsasən, M.Ə. Əliyev sözügedən məhkəməyə hakim təyin edilir.
Azərbaycanda avtonom nəqliyyata nəzarət mərkəzi yaradılacaq - Prezident TƏSDİQLƏDİ
Xocavənddə mina partlayışı: Yaralanan şəxsin vəziyyəti açıqlandı - YENİLƏNİB
Xocalının Şuşakəndində ilk körpə dünyaya gəlib - FOTO
Tovuzda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var - FOTO
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı NEKROLOQ
Baş nazir azad edilmiş ərazilərlə bağlı qərar imzaladı
Yeni fond yaradılacaq - Prezident təsdiqlədi
Prezident bu QANUNU TƏSDİQLƏDİ
Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR
İranın Hörmüz boğazı ilə bağlı yeni qərarı daha çox ABŞ-yə sərf edir - POLİTOLOQ - FOTO
Tovuz döyüşləri Ermənistanın əsl niyyətini ortaya qoydu - POLİTOLOQ - FOTO










