Naxçıvan Sukanal İdarəsi müştəri informasiya sistemləri proqramına keçir

Sentyabrın 1-dən Naxçıvan şəhər Sukanal İdarəsində yeni müştəri informasiya sistemləri proqramının tətbiqinə başlanılacaq.
Avtosfer.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
Bildirilib ki, bu tarixdən bütün mövcud abonent kodları yenisi ilə əvəzlənəcək. Yeni abonent kodları da həmin tarixdən etibarən təqdim olunaraq bildirişlərin üzərində qeyd ediləcək. Yenilik çərçivəsində mövcud abonent kodları vasitəsilə ödənişlərin qəbulu 29 avqust 2025-ci il saat 20:00-dan dayandırılacaq, 1 sentyabrdan yeni veriləcək abonent kodları üzərindən davam etdiriləcək.
Yeni sistemin tətbiqi ilə əlaqədar yaranacaq hər hansı bir sualla bağlı Naxçıvan şəhər Sukanal İdarəsinin +994(36) 545 01 93 nömrəsi və ya “955” Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.
Xidmət səviyyəsinin artırılması, abonent bazasının təkmilləşdirilməsi, daha da artırılması, elektron nəzarət imkanının yaradılmasına xidmət edən yenilik bilavasitə abonent məmnuniyyətinin yüksəldilməsinə səbəb olacaq. Abonentlərlə işin şəffaflığı, vahid müştəri bazasının formalaşdırılması, mərkəzləşdirilmiş sistemin təkmil qurulması, ödənişlərin asanlaşdırılması baxımından yeni sistemə keçid olundu.
Həmçinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin digər sukanal idarələri də abonentlərlə əlaqəni MİS vasitəsilə həyata keçirir. Xatırladaq ki, Naxçıvan şəhərində istehlakçıların məişət, içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətləri Prezident İlham Əliyevin 23 noyabr 2024-cü il tarixli Fərmanı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə həvalə olunub.
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndində - FOTO - YENİLƏNİB
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO - YENİLƏNİB
"Bakıda gündəlik 2800 avtobus xəttə çıxarılsa qarşıya qoyulan hədəfə çatmış sayılarıq"- AÇIQLAMA
Bu yolda sürət həddi AZALDILDI
Bakı Avtovağzalı bayram günlərində gücləndirilmiş iş rejiminə keçəcək - FOTO
Real şəhər mühitində sürücülərin təcrübəsi necə artırıla bilər? - AÇIQLAMA
Əvəz Qocayevin kürəkəninin dələduzluq işi üzrə məhkəmə başladı - FOTO
Traktorların satışı və ehtiyat hissələrinin idxalı 6 il müddətinə ƏDV-dən azad olunacaq
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Polad Həşimovun anasının səhhətində problem yarandı: Xəstəxanaya yerləşdirildi
TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı












