Nazir Kəlbəcər və Ağdərədə təsərrüfatlara baş çəkdi - FOTO

Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Qarabağa səfəri çərçivəsində Kəlbəcər və Ağdərədə təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb.
Avtosfer.az xəbər verir ki, səfər çərçivəsində nazir Kəlbəcər rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev və nümayəndəliyin əməkdaşları ilə görüşüb.
Görüş zamanı işğaldan azad edilmiş bütün ərazilərdə, o cümlədən Kəlbəcərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığı diqqətə çatdırılıb. Kəlbəcər şəhərinin Baş Planına əsasən tikinti işlərinin sürətlə davam etdirildiyi də qeyd olunub.
Nümayəndə heyəti rayon ərazisində aparılan tikinti işləri ilə əyani tanış olublar.
Daha sonra Kəlbəcər rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyində Azərbaycanın aqrar sektorunda mühüm paya malik olacaq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında əkin üçün istifadəyə yararlı torpaqlarda zəruri infrastrukturun yaradılması, aqrar fəaliyyətin bərpası və inkişafı mövzusuna həsr olunmuş iclas keçirilib. İclasda Məcnun Məmmədov, Kəlbəcər rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev, Nazirliyin və xüsusi nümayəndəliyin məsul şəxsləri və fermerlər iştirak ediblər.
İclasda qoyunçuluq və arıçılıq təsərrüfatlarının işğaldan azad edilmiş ərazilərdəki yaylaqlara köç prosesinin təşkili, Kəlbəcərdə kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb. Tədbirdə iştirak edən fermerlər aqrar sahənin inkişafı ilə bağlı fikirlərini bölüşüb, yaylaqlara köçün təşkili ilə bağlı təkliflər irəli sürüblər. Səsləndirilən təkliflər qeydə alınıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Nazir səfər çərçivəsində Kəlbəcər yaylaqlarında yaradılmış eksperimental yak təsərrüfatına baxış keçirib, təsərrüfatdakı yakların və yeni doğulmuş buzovların yerli şəraitə adaptasiya prosesi, yaklara qulluq qaydaları, yem rasionu, döl dövrünə hazırlıq, heyvan xəstəlikləri ətrafında fikir mübadiləsi aparıb.
Sonra nümayəndə heyəti Ağdərənin Umudlu kəndində əkin sahələrinə, xırdabuynuzlu heyvandarlıq təsərrüfatına baxış keçirib. Təsərrüfatda çalışanlarla görüşlərdə aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinin əhəmiyyəti, aqrar sektorda innovativ texnologiyaların tətbiqi, müasir əkinçilik texnologiyalarına keçid, heyvandarlığın inkişafı, ixtisaslaşmış ətlik və südlük iribuynuzlu heyvandarlıq təsərrüfatlarının yaradılmasının vacibliyi, heyvandarlıqda yem təminatı barədə fikir mübadiləsi aparılıb, fermerlərin dövlətin bu prosesə verdiyi dəstək mexanizmlərindən geniş yararlandığı, dövlət dəstəyi mexanizmlərinin ölkədə əsas məşğulluq sahəsi sayılan kənd təsərrüfatının inkişafına təkan verəcəyi bildirilib










Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












