Nazirdən daha bir təyinat - FOTO

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində yeni təyinat olub.
Avtosfer.az Qafqazinfo-ya istinadla xəbər verir ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədovun Əmri ilə Fuad Məmmədov Agentlik sədrinin müavini vəzifəsinə təyin olunub.
Qeyd edək ki, F.Məmmədov 2010-2014-cü illərdə “Azersun Holding”də müxtəlif istehsalat müəssisələrində Proseslərə Nəzarət üzrə mühəndis və baş mühəndis vəzifələrində çalışıb. 2014-2017-ci illərdə “Azersun Holding”də Süd istehsalı üzrə menecer, 2017-2024-cü illərdə Süd zavodunun direktoru vəzifəsində fəaliyyət göstərib.
2024-cü ilin oktyabrından 2026-cı ilin iyun ayınadək “Azersun Holding”in Süd Məhsulları Biznes Sahəsinin direktoru vəzifəsində çalışıb.
Azərbaycan Respublikasının iqtisadi inkişafına verdiyi töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətinə görə Prezidentin müvafiq Sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif edilib.
Xatırladaq ki, bundan öncə nazir M.Məmmədov Ramil Əzməmmədov və Ayaz Museyibovu özünə müşavir təyin etmişdi.

Azərbaycanın qonşusunda COVİD -19 sürətlə YAYILIR
Müdafiə Nazirliyi məlumat yayıb - VİDEO
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA












