Nazirlik rəsmisi: “Şəhərlərarası daşımalarda kiçik avtobuslardan istifadə artıb”

Azərbaycanda son vaxtlar şəhərlərarası sərnişin daşımalarında kiçik tutumlu avtobuslardan istifadə halları artıb.
Avtosfer.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin baş mütəxəssisi Rauf Səfərov Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilən “Nəqliyyat və Logistika Komplesinin İnkişafı” mövzusunda konfransda bildirib.
“Hazırda şəhərlərarası daşınma ilə bağlı 621 marşrut mövcuddur. Bu xətlərə gündəlik 1 966 ədəd avtobus çıxarılır. Bu sahədə ən böyük problemlərdən biri böyük tutumlu nəqliyyat vasitələrinin yaşlanması, kiçik tutumlu avtobuslardan istifadənin artmasıdır. Bu da qeyri-qanuni sərnişin daşınmasına gətirib çıxarır. Məlumdur ki, şəhərlərarası daşınmada başlanğıc və son təyinat məntəqəsi avtovağzaldan olmalıdır. Amma müəyyən ərazilər mövcuddur ki, onlardan qeyri-qanuni avtovağzal kimi istifadə olunur. Şəhərlərarası danışmanı sərnişinlər üçün daha da asanlaşdırmaq, bilət alışını daha rahat formada həyata keçirmək üçün biletim.az saytı fəaliyyət göstərir”, - deyə o qeyd edib.
R.Səfərov həmçinin əlavə edib ki, hazırda Bakıda ümumilikdə 2 800-dən artıq avtobus mövcuddur ki, bunun da gündəlik bunların 1 900 ədədi istifadədədir.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












