Neftin ucuzlaşması büdcəyə necə təsir edə bilər? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,5 ABŞ dolları azalaraq 68,14 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində isə bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.
Bəs görəsən, Azərbaycan neftinin qiymətindəki azalma büdcəyə necə təsir edə bilər?
Deputat Vüqar Bayramov Avtosfer.az-a açıqlamasında bildirib ki, neftin dünya bazar qiyməti Azərbaycana daxil olan valyutanın həcmi baxımından vacibdir. Onun sözlərinə görə, neftin qiyməti aşağı düşən zaman ölkəyə daha az valyuta daxil olur və ya qiymət yüksək olan zaman valyuta gəlirlərimiz artır:
"Ümumi ixracatımızın 80%-dən çoxunu neft və neft məhsulları təşkil etdiyinə görə, neftin dünya bazar qiymətinin dəyişməsi ölkəyə daxil olan valyutanın həcmi baxımından vacibdir. Sözsüz ki, neftin dünya bazar qiymətinə həm də qısamüddətli deyil, eyni zamanda uzunmüddətli dövrdə baxılmasına ehtiyac var. Son qiymət artımları qlobal ticarət müharibələrinin dərinləşməsi ilə bağlıdır. Gözlənilir ki, bu, bütövlükdə qlobal ticarətdə 330 milyard dollarlıq azalmaya, qlobal iqtisadiyyatda isə müəyyən neqativ təsirlərə malik olacaq. Bu da neftə olan tələbin psixoloji olaraq azalmasına gətirib çıxarıb. Xüsusilə yarımillik və illik müddətdə orta qiymət çox önəmlidir.
Sözsüz ki, neftin dünya bazar qiymətindəki azalmalar həm də qeyri-neft sektorunun inkişafı ilə bağlı islahatların daha da dərinləşməsi üçün zəmin yaradır. Onu da qeyd edim ki, son illər bu istiqamətdə islahatlar dərinləşib. Azərbaycanın valyuta ehtiyatları onun ümumi daxili məhsulu qədərdir. Ona görə Azərbaycanın bu konteksdən təhlükəsizlik yastığı formalaşıb. Amma növbəti dövrdə də neftin dünya bazar qiyməti ölkəmizə daxil olan valyutanın həcmində aparıcı olaraq qalacaq".
Abşeron Gənclər şəhərciyində yolu su basıb - VİDEO
Qohumu cinayət törətmiş şəxs vəzifəsini itirə bilərmi? – CAVAB
Qətllə nəticələnən görüşü deputatın oğlu TƏŞKİL EDİBMİŞ - FOTO
Avtobusu sürməkdən imtina edən sürücü hələ iş başındadır? - AÇIQLAMA
Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur
DYP-dən nasaz avtomobil sahiblərinə - MÜRACİƏT
Bakıda kütləvi dava ölümlə nəticələndi – ANBAAN GÖRÜNTÜLƏR
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO












