“Oğlumun başı qan idi” - “Kürd Elnur” HAKİM QARŞISINDA

"Kürd Elnur” ləqəbli Elnur Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Avtosfer.az lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Kənan Nəbiyev dindirilib.
Zərərçəkmişin sözlərinə görə, təqsirləndirilən şəxslə mübahisələri 150 manat üstündə baş verib:
"Elnurla bizim aramızda 150 manatın mübahisəsi olub. Biz kirvəyik. Anam 160 manat verəsi idi. "Lotos" ticarət mərkəzinin arxasında mübahisə etdik. Mən onu itələyən anda araya hadisə yerində olan adamlar girdi. Mən müvazinətimi saxlaya bilmədim maşının yan tərəfinə dəydim və başımdan xəsarət aldım. Anam həmin yerdən keçirdi. Polisin 102 xidmətinə anam yığdı. Ancaq oradan post patrul xidmətinin əməkdaşları da keçib. Hazırda ona qarşı heç bir şikayətim və tələbim yoxdu".
Şahid Səidə İbrahimova təqsirləndirilən şəxslə qohumluq münasibətlərində olduğunu deyib:
"Mən bazar tərəfdə işləyirəm. Təsadüfən oradan keçəndə gördüm ki, Elnurla oğlum mübahisə edir. Oğlumun başı qan idi. Mən orda bıçaq görməmişəm. Polislər sonradan gəldilər. Son gördüyüm o oldu hər ikisini post patrul avtomobilinə mindirib bölməyə apardılar".
Məhkəmənin növbəti iclası yanvarın 23-nə təyin edilib.
İttiham aktında göstərilib ki, Elnur Abbasov ötən ilin dekabrında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində paytaxtın Səbail rayonu ərazisində saxlanılıb.
Onun üzərinə şəxsi axtarış zamanı 1 ədəd bükümdə təmiz çəkisi külli miqdarda - 4,315 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb.
Tədbirin davamı olaraq, Elnur Abbasovun razılığı və iştirakı ilə onun idarə etdiyi avtomobilə baxış zamanı soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı aşkar edilərək götürülüb.
İttiham aktında o da qeyd olunub ki, ötən ilin avqustunda paytaxtın Nizami rayonu ərazisində Səidə İbrahimovanın Elnur Abbasova olan 150 manat borcunu qaytarmaması səbəbindən, Səidə İbrahimovanın oğlu Kənan Nəbiyevlə mübahisə yaranıb.
O, Kənan Nəbiyevin baş nahiyəsindən əli ilə vuraraq xəsarət yetirməklə qərəzli hərəkətlər edərək xuliqanlıq cinayətini törədib.
E.Abbasov ona qarşı irəli sürülən ittihamla özünü qismən təqsirli bilib.
Qeyd edək ki, dəfələrlə məhkumluq həyatı yaşayan Elnur Abbasova qarşı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq), 228.4 (qanunsuz olaraq odlu və soyuq silah əldə etmə və gəzdirmə), 234.2-ci və 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham irəli sürülüb.
Qatarla Gürcüstana gedənlərə ŞAD XƏBƏR - Sərhəddə keçid müddəti 2 dəfə AZALDILIR - FOTO
Azərbaycanda avtonom nəqliyyata nəzarət mərkəzi yaradılacaq - Prezident TƏSDİQLƏDİ
Xocavənddə mina partlayışı: Yaralanan şəxsin vəziyyəti açıqlandı - YENİLƏNİB
Xocalının Şuşakəndində ilk körpə dünyaya gəlib - FOTO
Tovuzda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var - FOTO
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı NEKROLOQ
Baş nazir azad edilmiş ərazilərlə bağlı qərar imzaladı
Yeni fond yaradılacaq - Prezident təsdiqlədi
Prezident bu QANUNU TƏSDİQLƏDİ
Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR
İranın Hörmüz boğazı ilə bağlı yeni qərarı daha çox ABŞ-yə sərf edir - POLİTOLOQ - FOTO










