Oğurluq etdikləri mağazanı yandırmaq istədilər - FOTO

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı şəhər ərazisində yerləşən obyektlərdən oğurluq edən şəxslər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, şəhər ərazisində yerləşən mağazaların birindən dəyəri 800 manatdan artıq olan spirtli içkilər oğurlanması, orada olan ödəmə terminalına zərər yetirilməsi və obyektin yandırılmasına cəhd edilməsi ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər də bir neçə dəfə məhkum olunmuş Tehran Həsənov tutulub. Həmin şəxs ifadəsində oğurladıqlarını satdığını və hadisəni törədərkən iz itirmək məqsədilə mağazanı yandırmaq istədiyini bildirib.
Araşdırma zamanı T.Həsənovun obyekt sahibinə məxsus ümumvətəndaşlıq pasportunu, eləcə də bəzi əşyaları yandırdığı məlum olub.
İstintaq zamanı keçmiş məhkumun daha bir cinayət əməlinin də üstü açılıb. Belə ki, onun rayon sakini Yaqub Məmmədovla birlikdə şəhər ərazisində yerləşən köşkdən də lotereya, tütün məmulatları və pul oğurladıqları müəyyən edilib. Oğurluqda əlbir olan dostlardan digəri - Yaqub Məmmədov da polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Günəşdə güclü partlayışlar baş verdi
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - FOTO - YENİLƏNİB
İlham Əliyev Qurban Qurbanovla bağlı SƏRƏNCAM İMZALADI
Prezidentdən MÜJDƏ - Rəsmən açıqladı










