Oğuz sakinlərinin düzəlməyən yol dərdi: Qurumlar nə deyirlər? - FOTO

Oğuz rayonunun Ərmənət kəndinin yolu uzun illər təmir olunmadığından yararsız vəziyyətə düşüb.
Bu barədə “Report”un Şimal-qərb bürosuna yerli sakinlər məlumat verib.
Onların sözlərinə görə, Ərmənət kəndinə qədər olan 3 km-lik məsafə yararsız vəziyyətdədir. Məhz buna görə də Xalxal-Ərmənət kənd yolu sakinlərin gediş-gəlişində böyük problemə çevrilib.
Sakinlər Xalxal kəndinə və Qaraməryəm-İsmayıllı-Şəki magistralına tək çıxış olan kənd yoluna bu vaxta qədər bir dəfə də olsun asfalt örtüyünün döşənmədiyini bildiriblər.
Qeyd olunub ki, daşlı-kəsəkli yolda yaranan çalalar avtomobillərin rahat hərəkətinə maneə yaradır. Yağış yağdıqda isə palçıqlı yolda piyadalar çətinliklə hərəkət edirlər. Bir sözlə, qış aylarında kəndə gəlib-getmək mümkünsüzə çevrilir.
Ərmənət kənd icra nümayəndəliyindən bildirilib ki, 3 km-lik yola bişməmiş asfalt örtüyü sonuncu dəfə 90-cı illərdə tökülüb. Yolun bərpası ilə bağlı aidiyyəti üzrə məsələ qaldırılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyində olan 11 saylı Yol İstismar İdarəsindən verilən məlumata görə, adıçəkilən yolda mütəmadi olaraq təmir-bərpa işləri aparılıb:
“Lakin havaların əlverişsiz keçməsi nəticəsində Ərmənət kənd yolunda müəyyən çalalar yaranıb. Bu da nəqliyyat vasitələrinin hərəkətində çətinliklər törətməklə narahatlığa səbəb olur”.
İdarədən o da əlavə olunub ki, yolun əsaslı təmiri 2022-2025-ci illərin investisiya layihəsinə salınıb.
Günəşdə güclü partlayışlar baş verdi
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - FOTO - YENİLƏNİB
İlham Əliyev Qurban Qurbanovla bağlı SƏRƏNCAM İMZALADI
Prezidentdən MÜJDƏ - Rəsmən açıqladı








