Olimpiadada 9 sual səhv olub? - AÇIQLAMA

"Fevralın 23-də Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən təşkil olunan riyaziyyat fənni üzrə Respublika Fənn Olimpiadalarının Respublika mərhələsinin yuxarı yaş qrupu üzrə yarımfinal turu zamanı olimpiada iştirakçılarına təqdim olunan 30 tapşırıqdan 7-si səhv, 2-si isə 2024-2025-ci tədris ili üçün Riyaziyyat fənni üzrə Respublika Fənn Olimpiadalarının proqramına daxil edilməyən mövzulardan tərtib olunub. Bununla da 30 tapşırıqdan 9-u səhv olub”.
Avtosfer.az “BakuPost”a istinadən xəbər verir ki, bu iddiaları riyaziyyat elmləri doktoru, professor Rəşid Əliyev səsləndirib.
O bildirib ki, ARTİ tərəfindən təşkil olunan bu olimpiadalarda iştirakçıların apellyasiya hüququ da yoxdur.
Bundan başqa, Rəşid Əliyev qeyd edib ki, çoxsaylı müraciətlərdən sonra Olimpiadanın Təşkilat Komitəsi 4 tapşırığın səhv olduğunu etiraf edərək, bu tapşırıqlar üzrə olimpiada iştirakçılarının hər birinin cavabını doğru qəbul edib.
Məsələ ilə bağlı Təhsil İnstitutuna sorğu ünvanladıq. Qurumdan “Qafqazinfo”nun müraciətinə belə cavab verildi:
“9 sualın səhvliyi ilə bağlı iddia əsassızdır. Dörd sualda kiçik texniki problem olub və bütün iştirakçıların lehinə həll olunub”.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












