Ombudsman Fransa Milli Assambleyasının Azərbaycan əleyhinə qətnaməsini pislədi - BƏYANAT

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Fransa Parlamentinin aşağı palatasında Azərbaycan əleyhinə qəbul edilmiş qətnaməyə münasibət bildirib.
Ombudsman Aparatından Avtosfer.az-a verilən xəbərə görə, Səbinə Əliyeva bildirib ki, Fransa Parlamentinin aşağı palatası tərəfindən 2022-ci il 30 noyabr tarixində ölkəmiz əleyhinə qərəzli olaraq qəbul edilib, özündə heç bir həqiqəti əks etdirməyən təxribat xarakterli qətnamə Azərbaycanla Ermənistan arasında münasibətlərin gərginləşdirilməsinə və sülhyaratma prosesinə ciddi zərər verməkdədir.
“Hələ 15 gün əvvəl Fransa Senatında qəbul olunmuş “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 09 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” adlı qətnamədən sonra yenidən ölkəmiz əleyhinə qətnamənin qəbulu Fransanın Senatının beynəlxalq hüquqa hörmətsizliyini bir daha sübut edir.
Hesab edirik ki, bir-birinin ardınca belə qərəzli qətnamələrin qəbulu nəinki Azərbaycanla Ermənistan arasında sülh prosesinə mane olur, regionda siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafına mənfi təsir göstərir.
Bu qətnamə ilə Fransa Ermənistanın Azərbaycana qarşı etnik və dini nifrət zəmnində həyata keçirdiyi işğalçılıq siyasətini dəstəkləyir, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş ümumbəşəri prinsiplərindən olan suverenlik və ərazi bütövlüyü prinsiplərinə qarşı çıxır. 30 il müddətində başqa bir ölkənin ərazisini işğal etmiş Ermənistanı müdafiə etmək Fransa hökumətinin insan hüquq və azadlıqlarını heçə saydığının açıq təzahürüdür.
Bir daha Fransa Parlamentin aşağı palatasının ölkəmizə qarşı ədalətsiz mövqe nümayiş etdirməsiniqəti şəkildə pisləyir, onların bu hərəkətini təxribatçı addım kimi qiymətləndirirəm. Eyni zamanda Fransanı regionda milli ədavəti qızışdırmaq və aparılan bərpa-quruculuq proseslərinə mane olmaq istiqamətindəki fəaliyyətindən əl çəkməyə çağırıram”, - qeyd olunub.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












