Ombudsman Zəngilanda ermənilərin qəbirləri dağıtması ilə bağlı beynəlxalq təşkilatlara müraciət etdi

Ombudsman Zəngilanda ermənilərin azərbaycanlıların qəbirlərini dağıtması ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib.
Ombudsman Aparatından Avtosfer.az-a daxil olan müraciətdə deyilir:
"Sosial şəbəkələrdə Ermənistanın azərbaycanlılara qarşı törətdiyi vandalizm aktlarını özündə əks etdirən növbəti video yayılıb. Videodan da göründüyü kimi işğaldan azad edilmiş Zəngilan rayonunda soydaşlarımızın dəfn olunduğu qəbiristanlıqdakı məzarlar ermənilər tərəfindən qəsdən dağıdılıb, qəbir abidələri tanınmaz hala salınıb.
Bütün bu faktlar Ermənistanın hərbi-siyasi rəhbərliyinin uzun illər ərzində Azərbaycana qarşı etnik və dini zəmində nifrət, düşmənçilik, dözümsüzlük və vandalizm siyasətini həyata keçirdiyini əyani şəkildə sübut edir.
Azərbaycanlılara məxsus qəbirlərin vəhşicəsinə dağıdılması “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il tarixli Haaqa Konvensiyasının, YUNESKO-nun 1972-ci il tarixli “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyasının və 1954-cü iltarixli Avropa Mədəniyyət Konvensiyasının tələblərinin kobud şəkildə pozulmasıdır.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki dini abidələrin, qəbirstanlıqların dağıdılaraq təhqir edilməsi, eyni zamanda həmin ərazilərin minalanması faktlarını şiddətlə pisləyir, bir daha beynəlxalq və regional təşkilatları, milli insan hüquqları institutlarını bu kimi çoxsaylı vandalizm əməllərinin törətməsində təqsirkar olan Ermənistanın hərbi-siyasi rəhbərliyinə qarşı beynəlxalq hüquqi məsuliyyət müəyyən edən zəruri tədbirlərin görülməsi üçün qəti tədbirlər görməyə çağırıram".
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












