Ordubadda "15 dəqiqəlik şəhər" konsepsiyası tətbiq ediləcək

Ordubadın yenilənən Baş planının əsas istiqamətlərindən biri də infrastrukturun müasirləşdirilməsidir. Bu çərçivədə yolların genişləndirilməsi, yeni ictimai nəqliyyat xətlərinin yaradılması və piyada əlçatanlığının artırılması xüsusi yer tutur.
Avtosfer.az xəbər verir ki, layihədə "15 dəqiqəlik şəhər" konsepsiyasının tətbiqi nəzərdə tutulur. Bu yanaşmaya əsasən, şəhər sakinləri yaşadıqları ərazidən uzaqlaşmadan - maksimum 15 dəqiqəlik məsafədə alış-veriş, səhiyyə, təhsil, istirahət və digər əsas xidmətlərdən istifadə edə biləcəklər.
Layihəni icra edən İsveçrənin "SA Partners" şirkətinin nümayəndəsi Angela Vist bu barədə bir sıra vacib məqamlara toxunub. Onun sözlərinə görə, planlamada əsas məqsədlərdən biri şəhərdə hərtərəfli əlçatanlığın təmin olunmasıdır:
"Ən önəmli faktorlardan biri odur ki, insanlar yaşadıqları yerdə piyada istədikləri xidmətlərə çata bilsinlər. Məhəllələrə, müxtəlif ərazilərə rahatlıqla, həmçinin velosipedlə hərəkət etmək mümkün olacaq. Layihədə yavaş hərəkət zolaqları (slow traffic lanes) da nəzərdə tutulur. Yeni ictimai nəqliyyat xətləri yaradılaraq həm şəhər daxilində, həm də dəmiryolu stansiyasına sərnişin axını təmin olunacaq. Bütün sistem bir-biri ilə əlaqəli şəkildə qurulacaq ki, insanlar yalnız avtomobildən istifadə etməyə məcbur qalmasınlar."
Hazırlanan plan Ordubadda həm dayanıqlı şəhərsalmanın təmin olunmasına, həm də ekoloji baxımdan daha sağlam mühitin formalaşmasına töhfə verəcək.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












