Ordubadda ağıllı kənd təsərrüfatı modeli tətbiq ediləcək - FOTO

Ordubadın yenilənən Baş planı çərçivəsində kənd təsərrüfatında innovativ yanaşmaların tətbiqi, eləcə də təhsil və səhiyyə infrastrukturunun genişləndirilməsi əsas hədəflərdəndir.
Avtosfer.az xəbər verir ki, layihənin hazırlanması prosesinə yerli əhali, mütəxəssislər və sahə üzrə ekspertlər də cəlb olunublar. Müxtəlif mərhələlərdə onların fikirləri nəzərə alınaraq planlara inteqrasiya olunur.
Layihəni həyata keçirən İsveçrənin "SA Partners" şirkətinin nümayəndəsi Angela Vist bu barədə ətraflı məlumat verib:

"Ordubadda yeni iş yerlərinin yaradılmasına yönəlik tədbirlər görüləcək. Burada yaşamaq və işləmək istəyənlər üçün uyğun infrastruktur təmin ediləcək. Hədəfimiz yalnız şəhəri dəyişmək deyil, mövcud iqtisadi strukturlara yeni nəfəs verməkdir. Məsələn, kənd təsərrüfatı sahəsində "smart" - yəni ağıllı texnologiyalara əsaslanan model tətbiq olunacaq. Bu həm məhsuldarlığı artıracaq, həm də yeni filial və müəssisələrin yaranmasına şərait yaradacaq".
Angela Vist təhsil sahəsində də inkişafın nəzərdə tutulduğunu, yeni məktəblərin tikintisi və səhiyyə infrastrukturunun genişləndirilməsi istiqamətində addımların atılacağını bildirib:
"Bu yeniliklər xüsusilə gənclərin Ordubadda qalmasına, burada yaşayıb yaratmasına stimul verəcək. Məqsəd Ordubadın simasını dəyişmək deyil, onu daha da gücləndirib gələcəyə daşımaqdır".
Hazırda Baş plan üzrə əsas mərhələlər tamamlanmaq üzrədir. Şəhərdə nəzərdə tutulan dəyişikliklər tədricən həyata keçiriləcək və sakinlər bu inkişafı mərhələli şəkildə hiss edəcəklər.
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA












