Ordubadda miniparklar salınacaq

Ordubadın yenilənən Baş planında ətraf mühitin qorunması və davamlı inkişaf əsas prioritetlərdəndir. Bu çərçivədə mövcud yaşıl ərazilərin qorunması, yeni ağacların əkilməsi və təbii resurslardan ağıllı istifadə vacib hədəflər kimi müəyyən edilib. Ənənəvi həyat tərzinin ayrılmaz hissəsi olan kəhrizlər də qorunacaq və şəhərin ümumi həyatında öz funksional rolunu davam etdirəcək. Bu qədim su şəbəkələri həm mədəni irs, həm də müasir dövrdə praktik əhəmiyyət daşıyan elementlər kimi qiymətləndirilir.
Avtosfer.az xəbər verir ki, layihəni icra edən İsveçrənin "SA Partners" şirkətinin nümayəndəsi Angela Vist layihə ilə bağlı bir sıra vacib məqamlara toxunub.
"Sizə bir nümunə göstərim - "communal pocket parks", yəni cəmiyyətin istifadəsinə açıq olan kiçik yaşıl sahələr. Bunlar miniparklar kimi şəhərin müxtəlif nöqtələrində yaradılacaq. İnsanlar burada görüşə, söhbət edə, vaxt keçirə və uşaqlar oyun oynaya biləcəklər. Bu parklarda geniş ağacəkmə işləri aparılacaq, kölgəli sahələr yaradılacaq. Eyni zamanda, digər yaşayış məntəqələrində də ağac əkilməsi və kölgəlik sahələrin artırılması nəzərdə tutulur", - o bildirib.
Layihənin əsas məqsədlərindən biri şəhərin yaşam şəraitini yüksəltməkdir. İnsanların yaşadıqları məkandan və şəhər mühitindən məmnun qalması üçün bütün detallar düşünülüb. Bu yanaşma Ordubadın həm ekoloji, həm də sosial baxımdan daha sağlam və cəlbedici bir şəhərə çevrilməsinə xidmət edəcək.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












