Ötən gün Bakıdan rayonlara 267 reyslə 9 minə yaxın sərnişin daşınıb

Noyabrın 5-də 289 müntəzəm və qeyri-müntəzəm reyslə 9 341, noyabrın 6-da isə 267 reyslə 8 607 sərnişin müxtəlif şəhər və rayonlara daşınıb.
Bunu Avtosfer.az-a açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) mətbuat katibi Samir Səfərov deyib.
S.Səfərovun sözlərinə görə, Bakıdan regionlara sərnişin axını əsasən 14 istiqamətdə qeydə olunur:
“Noyabrın 6-dan Bakı Beynəlxalq Avtovağzal Kompleksi sərnişinlərə keyfiyyətli və davamlı nəqliyyat xidmətləri göstərmək məqsədi ilə gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Sərnişin axını nəzərə alınaraq, hərəkətin səmərəli təşkil edilməsi məqsədi ilə xətlərə əlavə avtobuslar cəlb edilib.
Xətlərə buraxılan avtobusların intervalına, sərnişinlərin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılmasına, həmçinin sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunur.
Vətəndaşlar biletləri avtovağzalın gündəlik və qabaqcadan satış kassalarından, eləcə də “avtovagzal.az” saytından onlayn qaydada əldə edə bilər.
İstiqamətlər üzrə kassaların işinin təşkili zamanı kassalara təhkim edilmiş reyslər arası intervallar, eləcə də kassaların buraxılış qabiliyyəti nəzərə alınaraq əlavə kassalar açılıb".
Vətəndaşlar “1414” Çağrı Mərkəzinə zəng edərək onları maraqlandıran suallarla bağlı ətraflı məlumat ala bilərlər.
S.Səfərov vurğulayıb ki, əsas axın Quba, Qusar, Masallı, Lənkəran, Lerik, Astara, Gəncə, Bakı-Qırmızı Körpü, Mingəçevir, İsmayıllı, Qəbələ, Şəki, Qax, Zaqatala istiqamətlərində olub.
Qeyd edək ki, gücləndirilmiş iş rejimi noyabrın 9-na qədər davam edəcək.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












