Ovladıqları ceyran Neftçala sakinlərinin başına bəla oldu - HÖKM OXUNDU - FOTO

Şirvan Milli Parkında "Qırmızı kitab"a düşən ceyranı ovlayan şəxslər məhkəmədə mühakimə ediliblər.
Avtosfer.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, bu ilin qış aylarında həbs edilən həmyerlilərin cəzası məlum olub.
Neftçala rayon sakinləri E.Əsgərov və S.Qasımov park ərazisinə daxil olaraq 3-4 yaş aralığında olan bir ceyranı vurublar. Nəticədə təbiətə 1650 manat zərər dəyib. Hər iki şəxs qrup halında qanunsuz ov etməkdə təqsirli bilinib və cinayət məsuliyyətinə cəlb olunub.
Təqsirləndirilən şəxslər ikisi də məhkəmədə səhvlərini etiraf ediblər. S.Qasımov ifadəsində deyib ki, əslində əraziyə quş ovlamaq məqsədilə gediblər. Oranın qoruq ərazi olduğunu isə sonradan öyrəniblər: "Ceyranı tüfənglə E.Əsgərov vurdu. Mən həmin vaxt maşında oturmuşdum. Kisədə nəsə gətirdi. Soruşanda dedi ki, ceyran vurmuşam. Sonra ceyranı kəsib yarı böldü. Özümə düşən payı evə aparıb 4 uşağımla və digər ailə üzvlərimlə birgə bişirib yedik".

E.Əsgərov isə hakimə deyib ki, ovladığı ceyranı atasından qorxduğu üçün evə apara bilməyib. Artıq həm də hüquq-mühafizə orqanlarının da işdən məlumatlı olduğunu öyrəndiyi üçün əti Kür çayına atıb.
Təqsirləndirilən şəxslər yekunda peşman olduqlarını dilə gətiriblər, azyaşlı övladlarının olduğunu nəzərə alaraq məhkəmədən həbslə bağlı olmayan yüngül cəza istəyiblər.
Zərərçəkmiş qismində tanınmış Şirvan Milli Parkının nümayəndəsi isə digər şəxslərə nümunə olsun deyə təqsirləndirilən şəxslərin qanunauyğun cəzalandırılmasını xahiş edib.
Məhkəmə yekunda müttəhimlərin ilk dəfə cinayət törətmələrini və ailə vəziyyətlərini nəzərə alaraq onlara yüngül cəza təyin edib. E.Əsgərov və S.Qasımova 3 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaqla nəzarət) cəzası verilib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












