Özbəkistanda Qənirə Paşayevanın özbəkcə çıxmış kitablarının imza mərasimi keçirilib - FOTO - VİDEO

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın müəllifi, həmmüəllifi, layihə rəhbəri olduğu, özbəkcəyə uyğunlaşdırılmış bir neçə yeni kitabın Özbəkistanda imza mərasimi keçirilib.
İmza mərasimi Özbəkistanda Azərbaycan Mədəniyyəti və Ədəbiyyati günləri çərçivəsində, qardaş ölkənin Nəvai şəhərində baş tutub.
Mütəfəkkir şair Əlişir Nəvainin adını daşıyan vilayətdə kitablarının təqdimat və imza mərasiminin keçirilməsini özüyçün əlamətdar hadisə adlandıran Komitə sədri, təqdim olunan kitablar haqqında ayrı-ayrılıqda məlumat verib, onların səciyyəvi xüsusiyyətlərindən söz açıb:
-Bu gün qədirbilən özbək oxucusu – bizim əziz qardaş-bacılarımız üçün imzalayacağım kitablar, ən ümumi şəkildə desək, Azərbaycanın zəngin mədəniyyəti, klassiklərimizin yaradıcılığı, ölkəmizin həqiqətləri və ortaq dəyərlərimiz haqqında məlumatlardan, mülahizələrdən, yaradıcılıq örnəklərindən ibarətdir. Onu da deməyi özümə borc bilirəm ki, imza mərasiminin “Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” çərçivəsində, Azərbaycanın və Özbəkistanın dəyərli aydınları, yaradıcı insanlar və tələbə-gənclərin iştirakı ilə keçirilməsi mənimçün xüsusilə xoşdur. İnanıram ki, bu günkü təqdimat və imza mərasimi yeni əlaqələrin təsisinə vəsilə olacaq.
İmza mərasiminə gəldiyiniz üçün, mənim ölkəmin mədəniyyətinə, ədəbiyyatına həssas münasibətiniz üçün sizin hər birinizə könül dolusu təşəkkür edir, uğurlar arzulayıram!
Sonra Q.Paşayeva həmmüəllifi, müəllifi, layihə rəhbəri olduğu, özbəkcəyə çevrilmiş kitablarını oxucular üçün imzalayıb, ürək sözlərini yazıb.
Ceyranbatanda evlər niyə boş qalıb? - VİDEO
363 min manata ev aldı, mənzilə həbs qoyuldu - VİDEO
Azərbaycanda hava kəskin dəyişəcək: FHN xəbərdarlıq etdi
Bakı-Quba yolunda təhlükəli vəziyyət: İşıq dirəkləri var, işıq yoxdur - VİDEO
Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ
İldırımlı hava səbəbindən bəzi uçuşlar təxirə düşdü - RƏSMİ
Sərnişinlərin NƏZƏRİNƏ! - Bu marşrutun yolu dəyişdirilir
Hesablama Palatası iki dövlət qurumunda NÖQSANLAR AŞKARLADI
Taksidə kondisioner üçün əlavə pul ödəməliyik? - VİDEO
Qənirə Paşayevanın qardaşına VƏZİFƏ VERİLDİ - FOTO
Azərbaycan neftinin bazar dəyəri niyə son aylarda tez-tez dəyişir? - AÇIQLAMA

















