Palata sədrindən deputata cavab: "Bu il də belə olacaq"

"Siz 10 il əvvəl də, 5 il əvvəl də bildirmisiniz ki, pozuntuların xüsusi çəkisi büdcə qanunvericiliyi və dövlət satınalmaları ilə bağlıdır. Hesab edirik ki, elə bu il də belə olacaq”.
Avtosfer.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının 2024-cü il fəaliyyəti üzrə hesabatının müzakirəsi zamanı deputat Əli Məsimlinin sualına cavab olaraq bildirib.
“Gələn ilin hansı formada dəyişib-dəyişməyəcəyinin proqnozunu verə bilmərik. Ən böyük məsələlərdən biri büdcə prosesini tənzimləyən hüquqi bazanın dəyişilməsinə, yenilənməsinə ehtiyac var. İkincisi isə, fiskal intizamın zəifləməsi müşahidə edilir. Bunun əsas səbəblərindən biri isə yeni hüquqi bazanın olmaması, köhnənin isə mövcud fəaliyyəti tam tənzimləyə bilməməsindən irəli gəlir. 2024-cü ildə yeni satınalmaların bəzilərinə baxdıq, onlarla bağlı müəyyən təhlilləri hesabata salmışıq. Satınalmaların əksəriyyəti 2024-cü ilə qədər köhnə qanunu əhatə edirdi. 2024-cü il yeni bitib. Yeni qanun tətbiqi ilə bağlı çalışacağıq ki, 2025-ci ilin mayında yeni qanunun üstünlükləri əvvəlki müqayisəsi barədə analtik təhlil təqdim edək”, - deyə sədr bildirib.
Qeyd edək ki, deputat Əli Məsimli çıxışında söyləyib ki, aparılan auditlərə əsasən, ən çox nöqsanlar büdcə qanunvericiliyi və satınalmalar üzərindədir: "Bu nöqsanlar 10 il bundan qabaq da, 5 il bundan əvvəl də və 2024-cü ildə də belədir. Niyə kifayət qədər tövsiyyələr qəbul olunur, amma bu sahədə keyfiyyət nöqteyi-nəzərdən qiymətləndiriləndə o qədər də dəyişiklik görünmür", - deyə deputat bildirib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












