Yol polisinin şöbə rəisi tıxacın artmasının səbəbini açıqladı - Pandemiya...

“Tıxaclar yalnız bizim ölkədə deyil, bir çox ölkələrin, iri şəhərlərin ciddi probleminə çevrilib. Fərqli ölkələrdən olan nümayəndələrin, ekspertlərin iştirakı ilə keçirilən konfranslarda tıxacların son dövrdə artmasına səbəb kimi pandemiya xüsusi vurğulanıb”.
Avtosfer.az xəbər verir ki, bu fikirləri Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev AzTV-nin efirində yayımlanan “Çıxışa doğru” proqramında nəqliyyatın sıxlığı ilə bağlı mövzuya münasibət bildirərkən deyib.
R.Tağıyev qeyd edib ki, bir çox ekspertlər tıxacın yaranmasının və artmasının səbəbi kimi pandemiya dövründə insanların ictimai nəqliyyatdan istifadədən qorxduqları üçün maşın almalarını irəli sürüblər:
“Şəxsi nəqliyyat vasitəsinə üstünlük verildiyi üçün ölkədə avtomobillərin sayı artır və yollarda yüklənmə gedir. Bu problem tək bizdə deyil, bütün inkişaf etmiş ölkələrdə mövcuddur. Nazirlər Kabineti yanında Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası yaradılıb və problemin aradan qaldırılması üçün zəruri tədbirlər görülür. Təbii ki, daha yeni tədbirlərin də görülməsi nəzərdə tutulur. Həmin tədbirlərdən biri artıq tətbiq edilir. Bu, yük maşınlarının günün müəyyən saatlarında şəhərə girişinin məhdudlaşdırılmasıdır ki, bu da tıxacların azalmasına müsbət təsir edib deyə bilərik”.
Hesablama Palatası iki dövlət qurumunda NÖQSANLAR AŞKARLADI
Taksidə kondisioner üçün əlavə pul ödəməliyik? - VİDEO
Qənirə Paşayevanın qardaşına VƏZİFƏ VERİLDİ - FOTO
Azərbaycan neftinin bazar dəyəri niyə son aylarda tez-tez dəyişir? - AÇIQLAMA
Azərbaycanlı avtoritet Soçidə saxlanıldı, polis məntəqəsində öldü - FOTO
Bakının beş küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - SİYAHI
Anar Bayramov bu xanımı işdən AZAD ETDİ
Onlar yüksək vəzifəyə TƏYİN OLUNDULAR - FOTO
Bu küçədə mobillik zolağı təşkil olunacaq - EKSPERT
Özəl parklanma məntəqələrində qiymətlər artırılıb? - VİDEO
Maskası cırılan “David Seliverstov” dastanı bitmir – Həbsdəki generalın yaxınlarından aldığı 90 min dolların SİRLƏRİ AÇILIR










