Paşinyan: “Putin Azərbaycanla Ermənistan arasında dəmir yolunun bərpası ideyasını dəstəklədi”

Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar zamanı Ermənistan və Azərbaycan arasında dəmir yolunun bərpası ilə bağlı “müsbət impuls” aldığını bildirib.
“Rusiya Federasiyasının prezidenti ilə dünənki danışıqların nəticəsi olaraq biz müəyyən siqnallar aldıq. Dəmir yolunun bərpası üçün işlərə başlaya biləcəyimizlə bağlı əhəmiyyətli və ciddi ehtimal ola bilər. Söhbət Horadiz-Mehri-Ordubad-Sədərək-Arazdəyən dəmir yolundan gedir”, - deyə o hökumətin iclasında bildirib.
Bundan əlavə, Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Şurası çərçivəsində keçirilən danışıqları dürüst, müsbət və açıq adlandırıb.
“Dünən KTMT Şurasının iclası keçirildi, amma yekunda, təəssüf ki, iki mühüm sənəd üzrə ümumi rəyə gələ bilmədik”, - deyə Ermənistanın baş naziri əlavə edib.
oxu.az
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA











