Plastik əməliyyat etdirən müğənninin BAŞINA İŞ GƏLDİ? - "Əvvəl üzüm bir az başqa cür idi"

"Mənim etdirdiyim əməliyyatla bağlı heç bir problemim yoxdur, hər şey çox normaldır."
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında müğənni Sevda Kazımova üzündə keçirilən plastik əməliyyatla bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.
Müğənni bu məlumatların əsassız olduğunu vurğulayıb:
"Məndə hər şey normaldır. Əzələ əyriliyi estetik əməliyyatların 90%-də olur, zamanla keçib gedir. Hər şey qaydasındadır. Yəni əvvəl bir az başqa cür idi üzüm, amma indi artıq düzəlir, narahat olmayın. Hər bir əməliyyatın sağalma müddəti var. Mənim etdirdiyim bir az gec sağalan əməliyyatdır. Dəri dartımı olsaydı, tez sağalardı. Məndə əzələ dartımıdır, bu isə çətin prosesdir deyə sağalması bir il, il yarım çəkə bilir".
S.Kazımova əməliyyatı həyata keçirən həkimindən razılığını da ifadə edib:
"Həkimimdən də çox razıyam. Mənim həkimim bir mələkdir. Üzümdə azacıq şişkinliklər var, onlar da düzələcək. Hər hansı bir narahatlığım yoxdur. Hər bir əməliyyatı gözləmək lazımdır ki, hər şey yerinə otursun. İllər keçir və onlar özünü bərpa edir.
Təəssüf ki, millətimizin içində bəzi ağıldankəm insanlar var və onlar artırlar. Fikirləşmirlər ki, bəlkə kiminsə xətrinə dəyərəm, bəlkə kimisə incidərəm. Onlara da Allahdan şəfa diləyirəm".
Sonda S.Kazımova özünü daha gözəl hiss etdiyini və prosesdən razı qaldığını bir daha vurğulayıb:
"Mən günü-gündən gözəlləşirəm, qəşəng oluram. Çox şükür Allahın varlığına ki, mən dönüb başqa insan olmuram. Öz həkimimi çox istəyirəm və mənə dəyər verən, gözü gözəl görə bilən bütün insanları da sevirəm, bağrıma basıram."
Qeyd edək ki, ARB-nin efirində qonaq olan müğənninin üzündəki prosedurun uğursuz olduğunu, həkimin onun sinirinə toxunması ilə bağlı fikirləri sosial şəbəkədə müzakirə mövzusu olub.
Sahibkarlara vaxt verildi: Məhsulların etiketləri yeni tələblərə uyğunlaşdırılacaq - VİDEO
Kamçatkada köməksiz qalan azərbaycanlı aparıcıdan XƏBƏR VAR - FOTO
Aİ-də yanacaq qiymətləri kəskin artdı: 27 ölkədən 25-də bahalaşma
Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb” - VİDEO
Yaşayış olan binada söküntü aparılır: Sakinlər narazıdır - VİDEO
Bakıda mübahisəli cərimə: DYP araşdırmalara başladı - VİDEO
Bakının üç küçəsində nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILACAQ
Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ! - DİN müsabiqə elan etdi - FOTO
Sürücü ''Meqa'' sığorta şirkətindən şikayətçidir - VİDEO
Orada təmiz ətin kilosu 11 manatdır, Bakıda isə 18 manat – SƏBƏB
İçib "TikTok"da canlı yayım açaraq söyüş söyən ÜÇ UŞAQ ANASI SAXLANILDI










