Polis Akademiyasının təşkilatçılığı ilə Şirvanda şagirdlərlə görüş keçirilib - FOTO

Daxili İşlər Nazirliyinin Polis Akademiyasının təşkilatçılığı ilə Şirvan şəhər 21 saylı tam orta məktəbdə şəhər ərazisində yerləşən ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri ilə görüş keçirilib.
DİN-dən Avtosfer.az-a verilən məlumata görə, görüş zamanı şagirdlərə ölkəmizdə sabitliyin, asayişin təmin olunmasında, hüquq normalarının qorunmasında daxili işlər orqanlarının fədəkar xidməti haqqında ətraflı məlumat verilib. Sıralarımıza qatılmaq arzusunda olan gənclərə sağlam həyat tərzi keçirmələri, dərslərini yaxşı oxumaları tövsiyə edilib. Polisin gündəlik fəaliyyəti şagirdlərin diqqətinə çatdırılıb. Polis Akademiyasında yaradılan şərait, kitabxanalar, laboratoriyalar haqqında geniş məlumat verilib.
Tədbirdə məktəblilərə bukletlər paylanılıb və Polis Akademiyasındakı müasir tədris prosesinə, kursantların hazırlığına həsr edilmiş videoçarx nümayiş olunub.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA















